Gəncədə dəhşətli qətl

  • 26.05.2020
  • 0

Gəncədə qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsi 48 saylı ünvanda qeydə alınıb. 1959-cu il təvəllüdlü şəhər sakini Asim Yusifovun meyiti səhər saatlarında həyat yoldaşı tərəfindən evə bitişik yarımtikilidən tapıb. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı meyit üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar olunub. Məlumata görə, Asim Yusibov tanışı ilə evdə gecə yeyib içiblər. Elə hadisə də bundan sonra baş verib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki 63 yaşlı Asim Yusibov təqaüddə olan polis mayorudur.

Nə düşünürsən?