Yanğınsöndürənin qarşısındakı maşını əlləri ilə kənara çəkdilər

  • 26.05.2020
  • 0

Rusiyanın Leninqrad vilayətinin Murino şəhərində baş verən yanğının söndürülməsi sürücünün məsuliyyətsizliyi nəticəsində gecikib. YPX.AZ xəbər verir ki, yanğın şəhərdə yerləşən çoxmərtəbəli binanın mənzilində başlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər binanın həyətində yanlış yerdə park edilən avtomobilə görə həyətə daxil ola bilməyiblər. Nəticədə, binanın sakinləri xilasedicilərin yolunu kəsən avtomobili əlləri ilə kənara çəkməyə məcbur olublar.

Nə düşünürsən?