Qalmaqallı baş həkim haqqında şikayətlər durmadan artır

  • 25.05.2020
  • 0

Ötən gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynin özbaşınalıqları barəsində məlumat vermişdik. YPX.AZ xəbər verir ki, məsələ ilə bağlı araşdırmalar aparılan müddətdə Xeberekspress.az-ın rəhbərliyi də daxil olmaqla bir neçə medya qurumlarının rəhbərliyi toplantı keçirmiş və sonda Doğruxeber.az-ın rəhbəri Qobustan Rayon İcra Hakimiyyətinin birinci müavini Əkbərov Məharətlə telefon əlaqəsi saxladıq, Ə.Məharət qəbulunda qonaqlar olduğunu və Güləliyeva Təranə ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Güləliyeva Təranə ilə əlaqə saxlayıb xəstəxanada baş verənləri, bunlar barədə şikayətçilər olduğunu bildirildikdə isə o, məsələ ilə bağlı rayonun icara başçısını məlumatlandıracağını və yekun nəticəni Doğruxeber.az rəhbərliyinə bildirəcəyini bildirsə də təəssüflər olsun ki, iş gününün sonuna qədər Rayon İcra hakimiyyətindən heç kim bu məsələ ilə əlaqəli hansısa açıqlama verməyi lazım bilmədi. Və növbəti gün Qobustan Rayon Mərkəzi Xəstəxanasında senariləşdirilmiş hadisələr baş verməyə başladı. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Emin Hüseyin ailə üzvlərini baş həkimi olduğu xəstaxanada öncədən hazırlanmış və hər cür yüksək şəraitlə təmin olunmuş xüsusi palataya guya koronavirusa yoluxduqları adı ilə yerləşdirib. May ayının 19-unda Emin Hüseyinin başçılığı ilə Rzalı Rəsul üçün doğum günü tədbiri təşkil edilmiş və bu tədbir zamanı nə sosial məsafənin qorunmadığını, nə də maska, əlcək kimi hər hansısa xüsusi qoruyucu vasitələrdən istifadə edilmədiyi xəstəxanada təşkil olunmuş həmin yığıncaqdan çəkilmiş fotoşəkildən açıqca görmək mümkündür. Hansı ki, cənab Prezident İlham Əliyev bir müddət öncə hansısa bir bonkamatın önündə dayanan insanların maskadan istifadə etməməsindən, sosial məsafəni qorumamasından danışmış, bu formada davranan məsuliyyətsiz vətəndaşları qınamışdı. Cənab Prezidentin fədakar, təhlükə ilə üz-üzə qalan həkimlərimizdən qürurla danışdığı, onları ayaqda alqışladığı bir dövrdə Emin Hüseyn adlanan şəxsin bu kimi tədbirlər təşkil edib, personalının həyatını təhlükəya atması anlaşılan deyil. Aydın məsələdir ki, "Buranın böyüyü mənəm" deyən biri baş həkimin bu formada özbaşına davranışı heç də təəccübləndirici hall deyil. Koronavirusun ölkə ərazisinda yayılmağa başladığı ilk günlərdən Qobustan Rayon Mərkəzi Xəstəxanasının virusa yoluxmuş xəstələrin müalicə almaları üçün ayrılan tibb mərkəzlərindən biri olduğu sirr deyil və elə bu xəstəxanadan xəstəxananın baş həkimi Emin Hüseyin müxtəlif media qrumlarına məlumatlar vermiş, xəstələrlə bağlı açıqlamalar etmişdir. Təbii ki, koronavirusa yoluxmuş xəstələrin yetərincə olduğu bu xəstəxanada lazımı izolyasiya tədbirlərinin görülməməsi, işçilərin məcburən maskasız palatalara daxil olmasının tələb edilməsi kimi halların yaşandığı elə həmin xəstəxanada bir çox işçinin haqsızlıqlardan danışdığı, Emin Hüseynin şəxsiyyəti alçaldan, insanları şiddətə məruz qoyan əmələrini dilə gətirib cəmiyyətə çatdırılmağa çalışıldığı bir müddətdə baş həkimin guya ailəsi virusa yoluxubmuş kimi tablo cızmağa çalışmağı, xəstəxananın bəzi həkimlərinin ailələrinə bayram payları göndəməyi aydındır ki, oynanan oyunlara, qanunsuz əməllərə don geyindirməkdən başqa bir şey deyildir. Qeyd edək ki, 2015-ci ildə Emin Hüseyn Astara Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışarkən xəstəxanada korrupsiya, özbaşınalıq halları baş verdiyinə və iki milyon manat vəsaiti mənimsədiyinə görə Astara rayon sakinlərinin çoxsaylı şikayətləri nəticəsində vəzifəsindən azad edilib. Ötən yazımızda bir neçə şikayətçidən danışmış və onların müsahibələrini də sizlərə təqdim etmişdik. Bu gün də bir neçə şikayətçinin Xeberekspress.az-a verdiyi müsahibələri sizlərə təqdim edəcik. Ancaq öncədən qeyd edək ki, ötən xəbərimizdə bizə müsahibə verən Vahidova Xatirə Miyandaş qızı xəstəxananın baş həkimi Emin Hüseyn tərəfindən iyirmi beş ildir çalışdığı vəzifəsindən uzaqlaşdırılıb ki, öncəki xəbərdən də məlumat verdiyimiz kimi Vahidova Xatirə haqsız şəkildə işindən uzaqlaşdırılan ilk işçi deyil. Bu dəfə təqdim edəcəyimiz şikayətçilər isə Qobustan rayon sakini Qarabağ müharibəsi əlili Qayıbov Nəsimi, hansı ki həyat yoldaşı Qayıbova Zöhrə Kamal qızı sözügedən xəstəxanada çalışır, xəstəxananın Təcili-tibbi yardım şöbəsinin növbətçi həkimi vəzifəsində çalışmış və sonradan işdən uzaqlaşdırılmış Baxşəliyev Bəylər, əlilliyi olan şəxsin valideyni Lətifov İmamxan, Reanimasiya şöbəsinin tibb bacısı Qayıbova Aynurə Ayat qızı, Cərrahiyə şöbəsinin tibb bacısı Əkbərova Yasəmən Hikmət qızı və tibb bacısı Səmədova Aytən Səməd qızı əməkdaşlarımıza müshibə veriblər. Onlar müsahibələri zamanı Qobustan Rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyinin əməllərindən, işçiləri haqsız yerə işdən uzaqlaşdırmasından, maaşlarını mənimsəməsindən və başqa əməllərindən danışıblar. Ümid edirik ki, aidiyyatı qurumların yoxlama göndərərək bütün bu məsələləri aydınlaşdırıb və vəzifəli bir şəxsin dövlət müəsisəsində belə özbaşınalıq edərək vətəndaşları incitməsinin qarşısını alacaqlar. Necə ki, ölkə başçımız daima bu kimi məsələləri nəzarətdə saxlamış və bu səbəblə özbaşına məmurlar daima öz layiqli cəzalarını taparaq qanun qarşısında cavab vermişlər. Davamı olacaq...

Nə düşünürsən?