Mağazaya çırpılan avtomobilin sürücüsü sərxoş imiş

  • 24.05.2020
  • 0

Xəbər veridiyimiz kimi dünən gecə saatlarında Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. YPX.AZ xəbər verir ki, qəza 4-cü mikrorayon dairəsində qeydə alınıb. Belə ki, Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan "Nissan" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə və yol kənarındakı mebel mağazasının divarına çırpılıb. Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmasa da, avtomobil deformasiyaya uğrayıb və hadisə şahidlərinin bildirdiyinə görə, avtomobilin sürücüsünün sərxoş olduğu iddia edilir. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?