Bakıda qanlı olay: Kişi arvadını liftdə öldürdü

  • 22.05.2020
  • 0

Bakıda qətl hadisəsi baş verib. Unikal.org-un verdiyi xəbərə görə, hadisə mayın 21-i saat 21 radələrində qeydə alınıb. Binəqədi rayonu, Cavadxan küçəsində yaşayan 1980-cı il təvəllüdlü Hafiz Əsgərov qısqanclıq zəminində binanın liftində arvadı, 1980-cı il təvəllüdlü Könül Əsgərovaya bir neçə bıçaq zərbəsi vuraraq öldürüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Nə düşünürsən?