Sərnişin avtobusu sürücüləri sürət artırıb yarışdılar

  • 22.05.2020
  • 0

Havalimanı yolunda iki eyni marşrut xətti üzrə işləyən sərnişin avtobusu sürücüləri yarışıblar. YPX.AZ xəbər verir ki, həmin yolun sürət həddi 110 km/saat olan hissəsində 136 nömrəli marşrut xətti üzrə işləyən 90 ND 353 və 90 SH 148 dövlət qeydiyyat nişanlı avtobusların sürücüləri hərəkət sürətlərini 100-110 km/saat-a qaldıraraq yolda yarışıblar. Sürücülər yolda yarış təşkil edərkən avtobuslarda sərnişinlərin olduğu da görünür. Qeyd edək ki, yol hərəkəti haqqında qanuna əsasən şəhərdaxili marşrut xəttləri üzrə işləyən avtobusların 70 km/saat sürətlə hərəkət etmələrinə icazə verilir. Ancaq sözügedən avtobus sürücüləri sürət həddini 30-40 km/saat aşıb yarışmaqla sərnişinlərin həyatını təhlükəyə atıblar. Yarışan avtobus sürücülərinin bu əməlləri digər hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?