Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi

  • 19.05.2020
  • 407 baxış
  • 0

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. YPX.AZ xəbər verir ki, hadisə ötən gün paytaxtın Nəsimi rayonu Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində baş verib. Hadisə zamanı “Mercedes” və “Kia” markalı avtomobillər toqquşub. Qəzaya “Kia”nın işıqforun qırmızı işığında keçməsi səbəb olub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?