Döyülən yeniyetmənin "instagram"da yayılan görüntüləri

  • 18.05.2020
  • 0

Bir neçə gündür bir neçə nəfərdən ibarət qızın qrup şəklində yeniyrtmə bir qızı döyməsi haqqında xəbərlər yayımlayırıq. Xəbər verdiyimiz kimi artıq həmin qızlar saxlanılıb və barələrində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Bu gün isə YPX.AZ-ın döyülən yeniyetmə haqqında əldə etdiyi görüntüləri və bəzi iddiaları sizinlə paylaşacağıq. 16 yaşlarında olan yeniyetmə sosial şəbəkələrdə “Zuzu” adı ilə tanınır. “Zuzu” deyə adlandırılan bu yeniyetmənin özü və ya ətrafındakılar tərəfindən video qeydə alınaraq “instagram” sosial şəbəkəsində paylaşılan görüntüləri isə birmənalı qərşılanmır və bu barədə bəzi iddialar da səsləndirilir. Saxlanılan qızlardan birini təhqir etdiyi üçün döyüldüyü deyilən yeniyetmə “İnstagram” vasitəsi ilə açdığı canlı yayım zamanı ona, xoşuna gəlmədiyi fikirlər bildirən istifadəçilərə də təhqiredici ağır sözlərlə cavab verib. Başqa bir görüntüdə isə yeniyrtmənin siqaret yandırdığı görüntülər də əks olunub ki, bəzi sosial şəbəkə hesablarında bunun siqaret deyil, narkotik vasitə olduğu da iddia olunub. Digəri isə şəxsi həyata aid görüntülər olsa da bu görüntülər sosial şəbəkələrdə yayılıb və qızın yeniyətmə olması bu görüntülərin aqresiya ilə qarşılanmasına səbəb olub. Təbi ki, xanımın azyaşlı olmasını nəzərə alsaq və hələ də xanım olduğunu nəzərə alsaq bütün bunların cəmiyyət tərəfindən normal qarşılanmaması normaldır. Təqdim etdiyimiz görüntüləri izlədiniz və dinlədiniz. Şərh sizindir.

Nə düşünürsən?