Qoçuluq edən sürücü: Maşını qayadan aşıraram. Kimə cavab verəcəm?

  • 18.05.2020
  • 0

Qayda pozub, digər hərəkət iştirakçısı üçün təhlükə yaradan sürücü digər sürücüyə hədə-qorxu gəlib. YPX.AZ xəbər verir ki, hadisə Saray qəsəbəsi ərazisində baş verib. Belə ki, 90 UN 149 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü əvvəlcə yol ayrıcında qarşısında gednən nəqliyyat vasitəsini üstələyərək onu yolun sağ zolağına doğru sıxışdırıb. Qəza şəraiti ilə üz-üzə qalan sürücü digər sürücünü səs siqnalı vasitəsi ilə xəbərdar edib. Buna qəzəblənən qayda pozan sürücü, təhlükə yaratdığı avtomobilin sürücüsünü işıq siqnalı vasitəsi ilə xəbərdar edib saxlayıb. Daha sonra isə sürücüyə hədə-qorxu gəlməyə başlayıb. Sürücü: “Sən mənim üstümə maşın sürürsən? Sənin maşınını qayadan aşağı ataram. Mən heç kimə cavab vermərəm. Mənə heç kim heç nə edə bilməz.” -kimi cümlələr quraraq qarşısındaki sürücüyüə qarşı təhqiredici ifadələr də işlədib. Həmin görüntüləri sizlərə təhqir edirik:

Nə düşünürsən?