Yeniyetməni döyən qızın anasının həbsdən gələn hıçqırıq səsləri

  • 17.05.2020
  • 9.3K baxış
  • 0

Son iki gündə bir neçə qızdan ibarət qrupun yeniyrtmə bir qızı xuliqanlıq zəminində döyməsi və sonradan həmin şəxslərin saxlanıldığı xəbərini vermişdik. Şüphəli qismində saxlanan qızlar əməllərini etiraf etmiş və peşman olduqlarını bildirmişdilər. Necə ki, o qızlardan birinin anası 2015-ci ildə məhkumlar haqqında hazırlanan verlişdə həbsxanadan səsləndirmişdi bu ifadələri: “peşmanam”. YPX.AZ-ın əldə etdiyi məlumatlara görə, saxlanılan şəxslərdən İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimlinin anası Gülviyyə Əzimli insan alverinə görə həbs olunub, hal hazırda həbsdədir və məhkumluq həyatı yaşayır. Hələ 2015-ci ildə anasını görmək üçün həbsxanada onu ziyarət edən Ə.Yeganəyə “Qadın necə olmalıdır sualına” o zamanlar 12 yaşlarında olan Yeganə ağlayaraq cavab vermişdi. İndi isə o qız böyüyüb, 18 yaşı var və ya olacaq. Ancaq indi Yeganə kimisə təhqir edir, alçaldır, döyür və bütün bunları video qeydə alaraq “instagram” sosial şəbəkəsində paylaşır. Bir sözlə xuliqanlıq edən bu qız, haqqını tələb etmək üçün polisə də gərək duymadığını bildirərək bunu özü edə biləcəyini deyir. Yekunda isə o, qrup halında hərəkət edtiyi qızlarla şüphəli şəxs qismində saxlanılır və haqqında Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Ə.Yeganə paylaşdığı videoların birində bu əməli anası təhqir edildiyi üçün etdiyini deyib. Aydın məsələdirki anası ilə bağlı hər məsələ Yeganə üçün çox həsasdır. Ancaq o, anasının illərdir hansısa əmələ görə həbsxanada cəza çəkməsini, ağlayaraq peşmanam deməsini nəzərə almalı idi. Bir daha vurğulayırıq ki, biz hüquqi dövlətdə yaşayırıq və 18 yaşlarında olan Yeganə hansısa bir şikayətlə hüquq mühafizə orqanlarına yaxınlaşsa bu məsələ öz həllini tapacaqdı. Amma təəssüflər olsun ki, Yeganə qanunazidd əməl tutmağı daha üstün bilib və hazırda onun haqqında cinayət işi gedir.

Nə düşünürsən?