Beş qız araşdırıb tapdıqları qızı döydülər

  • 15.05.2020
  • 0

Azərbaycanda bir qrup gənc qız, mübahisələri yarandığı başqa bir qızı axtarıp tapıb döyüblər. YPX.AZ xəbər verir ki, hadisənin görüntüləri qızlar tərəfindən video qeydə alınaraq “instagram” sosial şəbəkəsində paylaşılıb. Belə ki, beş nəfərdən ibarət bir qrup qız, aralarında mübahisə yaranan digər qızı axtarıb tapıblar. Aralarında olan mübahisəni, axtarışı, tapdıqları qızın olduğu yerə getmələrini, onu tapıb döymələrini video qeydə alıb “instagram” sosial şəbəkəsində paylaşıblar. Paylaşılan videolarda durmadan təhqiredici ifadələr işlədən bu qızlar tapdıqları qızı döyərkən də hadisəni “instagram” hasabı vasitəsi ilə canlı yayımlayıblar. Döyülən qız isə zərbələrin təsirindən huşunu itirərək yerə yıxılıb ancaq bu da qızların sakitləşməsinə səbəb olmayıb və onu yerdə dartşdıraraq yenə də onu təhqir etməyə başlayıblar. Videolara baxdıqda döyülən qızı müdafiə etməyə çalışan bir oğlanın olması da əks olunub. Hansı ki, həmin qızlar o oğlana da hücum ediblər. Görüntülərdən birində isə qızlar həmin oğlanın vasitəçiliyi ilə döyülən qızla görüntülü əlaqə yaradaraq ondan üzr istətdiriblər ancaq bunun o qızı döydükdən sonramı, öncəmi etdikləri aydın deyil. Başqa bir görüntüdə isə qızların bir evin qapısını döyməsi, əlindəki əşya ilə evin pəncərəsinə zərbə endirməsi əks olunub. Görüntülərdən aydın olur ki, qızlar həmin evdə döydükləri qızı axtarıblar. Paylaşılan videolarda qızların danışıqlarından aydın olur ki, onlar döyülən qızın valideyni ilə də əlaqə saxlayıblar. Bir sözlə, qızlar qrup şəklində xuliqanlıq edib, bu əməllərini də video qeydə alıblar. Hədə-qorxu, təhqir, şiddət, yaşayış yerinə hücum etmək kimi bir çox əməli rahatlıqla edən bu qrup, hər halda ölkəmizdə hüququn, qanunların varlığından xəbərsizdir. Hüquq mühafizə orqanları bu şəxslərin kimliyini müəyyən etməli və əməllərinin cəzasını layıqincə verməlidilər ki, onlar və onlar kimi düşünənlər ölkəmizdə dərəbəylik olmadığını və qanunazidd edilən hər əmələ görə qanun qarşısında cavab verməli olduqlarını anlasınlar.

Nə düşünürsən?