Sürücüyə hücum edib "görüşərik" deyən sürücü həbsdən danışdı

  • 14.05.2020
  • 0

Bir neçə gün öncə Zabrat şosesində sürücüyə hədə-qorxu gələn və bunun nəticəsində həbs olunan şəxs danışıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun YPX.AZ-a veridiyi məlumata görə, Zabrat şosesində başqa bir sürücüyə hücum edən Kamal Nəcəfovla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində görüş keçirilib. "Changan" markalı 99 AF 375 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü görüş zamanı əvvəlcə polkovnik Vaqif Əsədova özünü təqdim edərək onun suallarını cavablandırıb. Daha sonra törətdiyi əməldan danışan sürücü səhf etdiyini bildirib və polkovnikin tövsiyyələrini, öyüdlərini dinləyib. Qeyd edək ki, Kamal Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərildikdən sonra məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Nə düşünürsən?