İkinci dəfə 190 manat bu tarixdən veriləcək..

  • 03.05.2020
  • 0

"Yaxın günlərdə 600 min şəxsə 190 manat birdəfəlik ödəmənin aprel ayı üçün ödənişləri tam başa çatacaq. Bundan sonra isə may ayı üzrə ödənişlərə başlanılacaq". Səyyar Tv bildirir ki, bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, vətəndaşlar ikinci dəfə 190 manat ödənişi bank kartları vasitəsilə alacaqlar. ƏƏSMN-nin sifarişi ilə həmin 600 min şəxsin adına banklar tərəfindən tam ödənişsiz olaraq bank hesabları açılacaq. Vətəndaşlar həmin bank kartları vasitəsilə 190 manat ödənişi ala biləcəklər. "Artıq bu proses başlayıb, həmin şəxslərin adına bank hesabları açılır. Birinci dəfə biz aprel ayının 9-dan ödənişləri etməyə başladıq. İkincə dəfə isə 190 manat birdəfəlik ödəmə may ayının 10-dan sonra verilməyə başlanılacaq." ___________________________________________________________________________ ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)

Nə düşünürsən?