Çoxları Sumqayıt küçələrində şütüyən bu avtomobili görəndə təəccübünü gizlətmir. Çünki belə bir nəqliyyat vasitəsinin varlığından xəbərdar deyilik.
Xeberle.com söhbət Sovet avtomobil sənayesinin 1970-1990-cı illər ərzində istehsal etdiyi "CЗД" maşınından gedir.
1971-ci il buraxılışlı nəqliyyat vasitəsi orjinallığı ilə yanaşı, tam saz vəziyyətdədir və əsas detallarına əl vurulmayıb. Hətta texniki pasportu və nömrəsi də Sovet dövründən qalmadır. Bir sözlə, illər heç nəyini əlindən ala bilməyib.
İki nəfərlik və iki qapılı olan avtomobil Sovet dövründə veteran və əlillər üçün nəzərdə tutulub və elə bu məqsədlə də istehsal olunub. Maşın motosiklet mühərrikindən və dörd ötürücülü surət qutusundan ibarətdir. Yanacaq tutumu isə 8 litrdir.