Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əlində olan vasitələrlə rəqəmsal transformasiyanın əsasını təşkil edəcək infrastrukturun təkmilləşdirilməsi və inkişafı üzrə iki istiqamətdə tədbirlər həyata keçirəcək.
Bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev deyib.
Nazirliyin edəcəyi ikinci ən vacib məsələyə toxunan Rəşad Nəbiyev bildirib ki, burada söhbət rəqəmsal transformasiyanın tələblərinə cavab verən insan resurslarının hazırlanmasından gedir.
Rəşad Nəbiyev qeyd edib ki, dövlət sifarişi ilə bu ilin sonunadək 600-ə yaxın yüksək ixtisaslı mütəxəssisin hazırlanması planlaşdırılır.