ENEX sərgisində "Dəmir Yumruğ"un təqdimatı keçirilib

  • 08.10.2021
  • 0

European News Exchange (ENEX) yəni Avropa infomasiya mübadiləsi təşkilatı tərəfindən təşkil edilən məşvərət iclasında REAL TV-də iştirak edir.

Ötən il pandemiya səbəbindən onlayn baş tutan tədbir bu il Mərkəzi Amerikada yerləşən və Niderland krallığının yurisdiksiyasında olan Kurasao adasında keçirilir

Oktyabr ayının 7-dən 9-dək keçiriləcək tədbirdə iştirak üçün artıq təşkilatın 50-ə yaxın üzvü iştirak edir.

REAL TV-nin nüfuzlu tədbirdəki təqdimatı "Dəmir yumruq" əməliyyatına həsr olunur. Təqdimatı REAL TV-nin əməkdaşı Kamran Qasımov təmsil edir.

REAL TV-nin nüfuzlu tədbirdəki təqdimatı iştirakçılar tərəfindən maraqla izlənilib və buna görə də alqışla qarşılanıb.

Qeyd edək ki, REAL TV bu il iyul ayının 1-dən dünyanın nüfuzlu European News Exchange (ENEX) yəni Avropa İnfomasiya Mübadiləsi Birliyinin tam hüquqlu üzvü seçilib.

ENEX 1993-cü ildə Avropanın bir çox nüfuzlu teleyayımçıları tərəfindən yaradılmış informasiya təşkilatın hazırda 60-dan artıq üzvü var. Azərbaycanı təmsil edən REAL TV Cənubi Qafqazda bu təşkilata üzv olan yeganə teleşirkətdir.