Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində keçirilən DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransın ikinci günü başa çatdı.
Tədbirin ikinci günü Heydər Əliyev Mərkəzində yerli və xarici nümayəndələrin iştirakı ilə panel müzakirələrlə davam edib.
"Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi", "Xidmət keyfiyyətinin təmin edilməsində qiymətləndirmə alətlər" və "İR siyasəti vahid platformanın təşkilati inkişafı üçün əhəmiyyətli alət kimi" mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşdü,vahid platforma vasitəsilə sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndirdilər.
Daha sonra mükafatlandırma mərasimi keçirildi.
Qeyd edək ki 2 gün davam edən və bu gün yekunlaşan konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyinə həsr olunub.