Azərbaycanın IV Robot Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
Olimpiada Azərbaycan Respublikasının Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Yarışlar 4 kateqoriya üzrə təşkil olunub. Üç gün davam edən yarışmaya paytaxt və eləcə də regionlardan orta və ali təhsil müəssisələrindən 92 komanda qatılıb.
Avtonom qiymətləndirmə sistemi üzrə ilk 5-likdə qərarlaşan komandalar beynəlxalq hakimlərin verilmiş qaydalar çərçivəsində rəyindən sonra, qaliblərin adları müəyyənləşib. Kateqoriya üzrə qalib gələnlər ölkəmizi noyabrın 18-21 tarixlərində Kanadada keçiriləcək Dünya Robot Olimpiadasında təmsil edəcəklər.
Olimpiadanın qaliblərinə diplom və hədiyyələr təqdim edililib.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən keçirilir. Azərbaycan isə 2017-ci ildən Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.


































