Rusiya Nəqliyyat Nazirliyi, Dəniz və Çay Nəqliyyatında Federal Agentlik və "Rosmorport” Murmansk-Vladivostok marşrutu boyunca sualtı fiber-optik rabitə xəttini çəkməyə başlayıb. Bu barədə RİA "Novosti” xəbər verir. Qeyd olunub ki, xətlərdən biri Arktika zonasının ən böyük limanlarını və yaşayış məntəqələrini əhatə edəcək. Layihə, prezident Vladimir Putin tərəfindən təsdiqlənən strategiyaya uyğun olaraq həyata keçirilir. Məqsəd Şimal Dənizi boyunca liman infrastrukturunu inkişaf etdirmək və bölgədə rəqəmsal ekosistem yaratmaqdır. Fiber-optik rabitə xəttinin ötürmə qabiliyyəti saniyədə 52-104 terabit olacaq. Layihənin tam başa çatması 2026-cı ilə planlaşdırılır./report