Türkiyəli psixoloqlar Gəncə və Bərdədə

  • 18.02.2021
  • 0

Psixoloqlar müharibədən zərər çəkən 512 vətəndaşa yardım göstərib
Fevralın 26-dan etibarən Türkiyə və FHN psixoloqları Vətən Müharibəsində erməni terrorundan ən çox zərər görən Gəncə və Bərdədə də vətəndaşların qəbuluna başlayacaq.

Qeyd edək ki, vətəndaşların qəbulu Bakıda da davam edir və indiyədək psixoloqlar tərəfindən Azərbaycanın müxtəlif yerlərindən qeydiyyatdan keçən 512 vətəndaşa yardım göstərilib və onlara 990 psixoterapevtik seans həyata keçirilib.

Xatırladaq ki, Müharibənin mənfi fəsadları nəticəsində psixoloji problemlər yaşayan müharibə iştirakçıları, qazilər, şəhid ailələri, terrordan fiziki və mənəvi əziyyət görən insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkil olunması məqsədilə yanvar ayında Türkiyədən 20 nəfər klinik psixoloq və psixoterapevt dəvət olunub. Onlar bu günə qədər Fövqəladə Hallar Nazirliyinin psixoloqları ilə birgə Bakıda çalışırlar.

Nə düşünürsən?