Şəhidimiz ad günündə yad edildi

  • 13.08.2021
  • 0

44 günlük Vətən Müharibəsinin daha bir şəhidi kapitan Həmidağa Hüseynzadənin bugün doğum günüdür. Şəhid kapitan 1990-cı ilin avqustun 13-də Bakı şəhərində anadan olub. Yaşasaydı 31 yaşını qeyd edəcəkdi. Amma necə deyərlər cənnətdə ilk 1 yaşını qeyd edir.

Şəhidin əziz xatirəsi Yasamal rayonunun ictimaiyyəti tərəfindən 2-ci Fəxri Xiyabanda yad edildi. Mərasimdə şəhidin ailə üzvləri, Millət vəkili Səbinə Xasayeva, Yasamal Rayonu İcra Hakimiyyəti aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və digər şəhid ailələri iştirak etdilər.

Həmidağa Hüseynzadə hətta 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.O şəhid olmağı daim arzulayıb. Və o ən böyük arzusuna çatıb. Azərbaycan Ordusunun kapitanı Həmidağa Hüseynzadə 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

2-ci Fəxri Xiyabanda dəfn edilən şəhid kapitanın məzarı ziyarət edildi, burada onun ruhuna dualar oxundu.

Daha sonra Azərbaycan Respublikasının dövlət Himni səsləndi.

Qeyd edək ki, Həmidağa Hüseynov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Ondan geriyə Azərbaycan xalqına əmanət 1 qız övladı qalıb.

Cənnətdəki Mövludun Mübarək Şəhidim.

Nə düşünürsən?