Tovuzun Nəriman Nərimanov küçəsində çirkab suları kanalizasiya quyularından daşaraq əksər evlərin həyətinə axır. Əkin sahələri isə bu sulardan ziyan görür.
Xezerxeber.az-ın məlumatına görə, şəhərin böyük ərazisinin çirkab suları bu küçədən keçən ana xətlə mənsəbə axır. Borularda yaranan problem isə çirkab sularının bu ərazilərə dağılmasına səbəb olub.
Taxıl və kartof bitkisi isə demək olar ki, yararsız hala düşüb. Çünki çirkab suları əraziyə yayılıb. Artıq kartof sahələrində bitkinin gövdəsi yanıb.
Mövcud vəziyyətlə bağlı Tovuz Su-Kanalizasiya İdarəsinin sahə rəisi Mehman Həsənov "Xəzər Xəbər"ə bildirib ki, yaranan problem qısa müddət ərzində həll ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: