Torpaq icarəsi beş dəfə bahalaşıb

  • 26.03.2023
  • 0

Son üç ildə Azərbaycanda ərzaqlıq buğda istehsalı ildə 400 min tona qədər artıb. Bunu gömrük statistikasından da rahat görmək olur.

Ölkədə hər il 1,5 milyon ton buğda unu istehlak edilir və bunun üçün 1,8 milyon ton ərzaqlıq buğda lazım gəlir. 2019-cu ildə Azərbaycana 1,6 milyon tona yaxın buğda idxal edilib, yəni yerli buğdanın 200 min tonu ərzaq məqsədi ilə işlədilib.

Növbəti illərdə bu göstərici ildən ilə azalaraq 1,2 milyon ton ətrafına düşüb. Yəni yerli ərzaqlıq buğda istehlakı 600 min tona qalxıb. Beləliklə, buğda istehlakında yerli istehsalın payı 11 faizdən 33 faizə qalxıb.

Bu ilk növbədə yerli buğdanın keyfiyyətinin yüksəlməsi hesabına baş verib. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov REAL-a müsahibəsində bildirib ki, Azərbaycanda keyfiyyətli ərzaqlıq buğda istehsalı üzrə aparılan tədqiqatlar artıq öz nəticəsini verməyə başlayıb.

Nəticədə, 400 min ton taxıla ödənən vəsaitlər Azərbaycan fermerinə qalıb. Ötən il Azərbacana idxal olunan buğdanın tonu orta hesabla 338 dollar olub.

Beləliklə, ərzaqlıq buğdaya görə xaricə ödənən 135 milyon dollara qənaət edilib və buna uyğun vəsait Azərbaycan fermerlərinə ödənib, yəni fermerlərimizin ərzaqlıq buğdaya görə gəlirləri 230 milyon manat artıb.

Bu, regionlarda buğda əkinlərinə marağı artırıb. İş adamı Firuzə İsmayılova REAL-a müsahibəsində bildirib ki, bu marağınq artması regionlarda əkin sahələrinin icarə qiymətlərini artırıb.

Pivot suvarmanın tətbiqi növbəli əkin tətbiq edilməsinə də imkan yaradacaq. Bunun hesabına Azərbaycan bir sıra texniki bitkilərin - şəkər çuğundurunun, günəbaxanın, dənlik qarğıdalının və soyanın istehsalında da kəskin artım gözləyir. Bu isə öz növbəsində ərzaq təhlükəsizliyinə bir çox istiqamətlərdə dəstək verəcək.

REAL

Nə düşünürsən?