AZ
Video yüklə

Təmas xəttinə yaxın kənddə Od çərşənbəsi qeyd edilib

10 baxış Sosial xəbərlər
Ocaq qalamaq bu gün də düşmənə gözdağı, dosta sevinc bəxş edir. Elə Tovuzun təmas xəttinə yaxın olan Əlibəyli kəndindəki kimi.





Xezerxeber.az-ın məlumatına görə, düşmənlə üz-üzə yaşayan kəndin sakinləri bu il də Od çərşənbəsini odlu-alovlu, yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.





Dağın başında yanan tonqalı düşmən aydın şəkildə görür. Buna baxmayaraq, gənclər zirvədə çərşənbə tonqalını yandırıb ətrafına düzülüblər. Bu rahatlığın təminatçısı isə şanlı Azərbaycan Ordusudur.



Düşmənlə üz-üzə olmaq onları dədə-baba adətini yerinə yetirməkdən çəkindirə bilmir. Hər həyətdə yanan çərşənbə tonqalının ətrafına yığılan qohum-qonşular deyib-gülüb şənlənirlər. Uşaqlar da adət üzrə odun üstündən atlayırlar.



Kənd yerində bayram süfrəsi də fərqli olur. Çərşənbəyə xas olan plov dəmlənir, ev quşlarından müxtəlif təamlar hazırlanır.



Bu kəndin qədim adətlərindən biri də budur ki, yaxın qonşular bir-birlərinin evində bişən təamlardan dadmaq üçün qonaq gedib, bayramlaşırlar. Bir sözlə, burada həyat öz axarı ilə davam edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.