Tələbə təqaüdü nədir? Tələbə təqaüdləri artırıldı, nə qədər oldu?

  • 15.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Tələbə təqaüdü nədir? Tələbə təqaüdləri artırıldı, nə qədər oldu?


Təhsil sahəsində dövlətin vəzifələrindən biri də dövlət təhsil müəssisələrində xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etməkdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən adlı təqaüd - təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.

Dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir. Dövlət mülkiyyət formasından asılı olmayaraq, təhsilalanların təqaüdlə təmin edilməsində kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

 “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 1 mart 2019-cu ildən tələbə təqaüdləri yeni məbləğlərdə müəyyən edilmişdir:

1.1. Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.


Bu təqaüdlərdən başqa 3 sentyabr 2001-ci ildən Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün Prezident təqaüdü də təsis edilmişdir ki, həmin təqaüdün də məbləği 1 mart 2019-cu ildən 210 manat məbləğində müəyyən edilmişdir.


Musiqi: All Hail the Queen NEW 2:03 Dan Lebowitz Kantri & Folk | Parlaq

Nə düşünürsən?