Pay torpağı olduğu üçün imtina cavabı alıb
20 baxış
Sosial xəbərlər
Yevlax sakininə birdəfəlik ödəmənin təyini ilə bağlı imtina bildirişi göndərilib. Səbəb kimi də onun adına pay torpağın olması göstərilib. Vətəndaş isə cəmi 3,8 sot "yaşayış sahəsi" təyinatlı torpağının olduğunu deyir. Yaşayış üçün olan 3,8 sot torpağa görə birdəfəlik ödəməylə bağlı imtina cavabı aldığını iddia edir. Yevlax sakini Elçin Mustafayev 2 həftə əvvəl 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edib. Ötən gün isə ona "Məşğulluq haqqında" qanunun 4.1.3-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmadığı barədə SMS göndərilib. Bu maddə sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar və ailə kəndli təsərrüfatının üzvlərini əhatə edir. Elçin Mustafayev isə deyir ki, onun kənd təsərrüfatı təyinatlı torpağı yoxdur. Özü də heç bir təsərrüfatın üzvü deyil. Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Elçin Mustafayevin məlumatları emal olunan zaman informasiya bazasında onun adına olan pay torpağı aşkarlanıb. Bu səbəbdən də imtina cavabı göndərilib. Vətəndaş həmin torpağın harada olmasını isə aidiyyəti qurumlardan öyrənməlidir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.