▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂
▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬
Minimum aylıq əməkhaqqı artırıldı - 180 manat oldu / Minimum əmək haqqı nədir?
Minimum aylıq əməkhaqqı işçilərin əməyinə görə onlara ödənilən maaşın ən aşağı həddidir. Başqa cür desək, minimum əmək haqqı müəyyən işin normal şəraitdə görülməsinə görə əməyin ödənilməsi sahəsində dövlətin sosial standartıdır.
Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsinin, işsizlik səviyyəsinin yüksəlməsi və biznes aktivliyinə ziyanlı olması yönündə tənqid edilir.
Azərbaycan Respublikasında minimum əməkhaqqı ölkə prezidenti tərəfindən, onun imzaladığı Sərəncama əsasən müəyyən edilir. AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNİN 155-ci maddəsinin 2-ci bəndinə əsasən minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər. Qeyd edim ki, qanunvericiliyə əsasən əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
Ölkəmizdə 2006-cı ildən minimum əməkhaqqının dəyişmə dinamikası belə olmuşdur:
2006-cı ilin oktyabrından - 30 AZN
2007-ci ilin fevralından - 50 AZN
2008-ci ilin yanvarından - 60 AZN
2008-ci ilin avqustundan - 75 AZN
2010-cu ilin sentyabrından - 85 AZN
2011-ci ilin dekabrından - 93,50 AZN
2013-cü ilin sentyabrından - 105 AZN
2017-ci ilin yanvarından - 116 AZN
2018-ci ilin yanvarından - 130 AZN
8 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir.
Musiqi 1: Leavin (Sting) 0:07 MK2 Hip Hop & Rep | Tünd
Musiqi 2: Plastic or Paper 0:05 / 3:07 Wes Hutchinson Kantri & Folk | Ruhlandırıcı
Musiqi 3: Cartoon Bank Heist 0:23 / 1:43 Doug Maxwell/Media Right Productions Sinematik | Parlaq