27 könüllü əsgəri xilas edən Mingəçevir QAZİSİNİ hər kəs tanısın - MƏHƏMMƏD MƏMMƏDOV (MAKSİMUM PAYLAŞAQ) Əziz dostlar, bu dəfə Sizlərə dünyanın ən gözəl şəhəri olan #Mingəçevirin daha bir qəhrəman QAZİSİNİ təqdim edirəm. Öncədən göstərdiyi diqqətdən dolayı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, şəxsən nazir Vilayət Eyvazova, eyni zamanda, DİN Hospitalında çalışan Ramin həkimə təşəkkür edirəm. Qazimiz artıq Bakıda, DİN Hospitalda xüsusi diqqət görür. İndi isə Qazimiz haqqında... Suqovuşan işğaldan azad olunandan sonra ərazini möhkəmləndirmək, müdafiə yaratmaq üçün 'N' saylı hərbi hissənin şəxsi heyyətinin bir hissəsini hərbi kalonlarla cəbhə bölgəsinə göndərirlər. Gondərilənlərin içərisində Qazimiz Məhəmməd Məmmədovun idarə etdiyi Zil markalı maşında 27 nəfər könüllü və səfərbərliklə çağırılmış əsgərlər və tağım komandiri də var idi. Hərəkət zamanı Məhəmmədin idarə etdiyi avtomobil top və minaatanlardan atəşə tutulur. Məhəmməd həmin an ona tuşlanan mərmilərə baxmayaraq, maşının və şəxsi heyyətin təhlükəsizliyi üçün gözündən və ayağından agır yaralansa da, ani qərar qəbul edərək, yoxuşa qalxan maşını dərənin kənarına daldanacaq kimi bildiyi yerə yaxınlaşdırıb, şəxsi heyətin vaxtında maşından düşüb gizlənməsinə səbəb şərait yaradır. Düşmən onları aramsız atəş altına salsa da, o kabinədə yanında olan komandirləri ilə birlikdə, yaralı ola-ola sona qədər düşmənə müqavimət göstərir. Onun etdiyi fədakarliq nəticəsində 27 nəfərin həyatı xilas edilir. Qazimiz bir gözünü itirib, ayağından ağır yaralanıb. Döyüş yoldaşları bu gün də Məhəmmədin qəhrəmanlığı xüsusi olaraq qeyd edirlər. Qazimiz hal-hazırda Bakıda, DİN Hospitalda xüsusi nəzarət altındadır. #QazilərimiziTanıdaq #ŞəhidlərimiziTanıdaq #MingəçevirQəhrəmanları