Əziz dostlar, içim yanır, şəhidlərimizi yaxından tanıdıqca xalqımla qürur duyuram. Sizə daha bir #Mingəçevir şəhidini, igidini təqdim edirəm. Filmlərdə gördüyünüzü, İbrahimov Atiq Ariz oğlu real həyatda edib, ermənilərə qan uddurub, onlarla dığanı məhv edib. Atası, anası və 1 bacısı bizə əmanət qaldı... Atiq İbrahimov Azərişıq ASC -nin Aran bölgəsində nəzarətçi mühəndis işləyib. Dostu, döyüş yoldaşı Samir deyir ki, bu gün həyatda qalmasının səbəbkarı Atiqdir. Deyir ki, bölük komandiri şəhid olandan sonra onu Atiq əvəz edirdi. Qorxu yox idi, əksinə düşmənə qarşı qəzəb var idi , vətən eşqi ilə alışıb, yanırdı. Üzərində hər zaman 400 güllə, 8 qumbara gəzdirirmiş. Deyirmiş ki, vətəni qorumasan, anamızı, bacımızı necə qoruyacağıq? Sona qədər düşmənlə döyüşür, yaralanır, zədələnir, qalxıb yenə düşmən üzərinə şığıyırmış. Sonda Suqovuşanla Ağdərə arasında yerləşən 1-ci postda Şəhidlik zirvəsinə ucalır. Bax belə idi, bizim Atiq qardaşımız. Sən nəinki ananı, bacını, sən xalqımızı qorudun, qələbə bəxş etdin, ŞƏHİDİM! Ruhun şad olsun!!! Sizdən tək ricam odur ki, PAYLAŞIN, şəhidlərimizin ailəsi yalnız diqqət, qayğı istəyir. Övladlarının tanınmasını istəyir, vəssalam... #ŞəhidlərÖlməz #KarabakhisAzerbaijan #VictoriusAzerbaijanHeroes