Mimgəçevirdə atəşfəşanlıq olmadı

  • 01.01.2021
  • 0

Çox qürurluyam, dostlar! Dünyanın ən gözəl şəhəri olan #Mingəçevirdə bu gün baş verənləri qısa nəql etməyə çalışacam. Səhər açılır, yaralı olan, olmayan bütün Qazilərimiz Şəhidlər Xiyabanına gələrək öz döyüş yoldaşlarını ziyarət edirlər... Günorta olur, bütün şəhər əhalisi Şəhidlər Xiyananına axışır. Kişi, qadın, qoca, uşaq - hər kəs bu müqəddəs ocağa gəlir... Axşam saat 00:00-da Qazilərimiz, şəhər əhalisi ilə birlikdə yenidən Şəhidlər Xiyabanına gəlirlər, bu dəfə də Şəhid ailələrinin üzvləri onlara qoşulur, atəşfəşanlıq olmur, süküt və birdən videoda gördüyünüz mənzərə... Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!

Nə düşünürsən?