AZ
Video yüklə

Kor qızıma görə qayıtdım - 23 ildən sonra dönüş

21 baxış Sosial xəbərlər
Bir zamanlar dünyaca məşhur olan "Living Joy" qrupunun üzvü Cenis Robinson "X Factor UK" teleşousunda çıxışının səbəbini belə açıqlayıb.
Milli.Az The Sun-a istinadən bildirir ki, 1994-cü ildə İtaliyada yaranmış "Living Joy" qrupunun solistləri Cenis Robinson və Temeka Staral dueti idi.
Cenis Robinson teleşouda qrupun "Dreamer" adlı hitini ifa edib.
Onun sözlərinə görə, görmə qabiliyyətini itirmiş 16 yaşlı qızı Kura oxumasını istəyib.

"Qızımda psevdotümor beyin şişi vardı və bu səbəbdən kor oldu. Arzusu mənim bu teleşouda oxumağım idi", - Cenis Robinson deyib.
50 yaşlı amerikalı Cenisin dediyinə görə, qızının müalicəsinə indiyədək 60 min dollardan artıq vəsait xərcləyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.