AZ
Video yüklə

Gərəksiz panika çörək satışına təsir etdi

29 baxış Sosial xəbərlər
Ötən gün güclü küləyin olacağı ilə bağlı xəbərdarlıq ediləndən sonra günorta saatlarından etibarən Bakıda bir çoxmarket və mağazalarda bəzi ərzaq məhsullarının, xüsusilə çörək satışında süni ajiotaş yaranıb.



Alıcıların əksəriyyəti hava şəraitinin dəyişəcəyini əsas götürərik daha çox çörək alamğa üstünlük veriblər. Nəticədə bir çox mağaza və marketlərdə çörək qıtlığı yaranıb.



Baxmayaraq ki, hava haqqında xəbərdarlıq sırf bayırda olarkən təhlükəsizlik tədbirlərinin görülməsi üçün edirlir, lakin bir çox insanların gərəksiz panikası belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Lakin çörək istehsalı ilə məşğul olan müəssisələr bu məhsulun bitdiyi mağazaları yenidən çörəklə təmin ediblər.



Bu gün isə marketlərdə çörək satışı ilə bağlı heç bir problem olmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.