Dünya liderləri BRİKS sammitində bayraqlara görə çaş-baş qaldılar
53 baxış
Sosial xəbərlər
CAR-da keçirilən yubiley sammitində iştirak edən BRİKS ölkələri liderləri təşkilatçıların səhvi üzündən təkrar foto çəkdirməyə məcbur olublar.
Sfera.az xəbər verir ki, sammit zamanı ölkələrin adı əks olunan lövhələrin yeri səhv qoyulduğundan onları yığışdırıblar. Lakin siyasətçilər yerlərini dəyişdirdikdən sonra belə onların heç biri öz ölkəsinin bayrağı qarşısında dayanmayıb. Çin lideri Si Tsinpin CAR-ın bayrağının qarşısında, CAR prezidenti Siril Ramafos Rusiya bayrağı qarşısında dayanıb. Braziliya lideri Mişel Tamer Hindistan bayrağı yanında, Rusiya prezidenti Vladimir Putin isə Çin bayrağı yanında yerini tutub.
Bu gün BRİKS ölkələri liderlərinin geniş və dar tərkibdə iclasları keçiriləcək, birgə sənədlər imzalanacaq. Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.