AZ
Video yüklə

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində işləyəcək

18 baxış Sosial xəbərlər
Bayram günlərində, yəni bugündən yanvarın 3-ə qədər bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə 23 bankın 118 filial və şöbəsi vətəndaşlara xidmət göstərəcək. 9bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində işləyəcək



İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə bankar bu günlər bir sıra xidmətlər göstərəcək. Həmin xidmətlərdən biri valyutaların dəyişdirilməsidir.



Bayram günlərində kredit ödənişlərini də həyata keçirmək mümkün olacaq.



Bayram günlərində bankların fəaliyyətinə nəzarət etmək üçün maliyyə bazarlarına nəzarət palatası tərəfindən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək



Vətəndaşlar 055493 72 67 qaynar xəttinə zəng etməklə maliyyə bazarlarına nəzarət palatasına bayram günlərində qarşılaşdıqları problemlərin araşdırılması üçün müraciət edə bilərlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.