Astarının Ərçivan kəndində 6 və 10 yaşlı bacı- qardaş ögey ananın işgəncəsinə məruz qalıblar. Xezerxeber.az-ın məlumatına görə, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı analığı Mirzəyeva Sevinc tərəfindən 2 il müddətində şiddət görüblər. Bu əməlin üstünü isə uşaqların dayısı və xalası açıb. Uzun zaman rəhmətə gedən bacılarının uşaqları ilə görüşdürülməyən xala və dayı onlara görüşən zaman vəziyyətlərinin yaxşı olmadığını və uşaqların bədənlərində xəsarətlərin olduğuna şahib olublar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: