Strana.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı prodüsser Aynur Əliyeva olub. Prodüser Pərvin Abıyevanın aktrisalığını bəyənmədiyini bildirib:: "Gedib teatrda tamaşaya baxaram, amma seriallara baxmıram. Pərvin çox gözəl xanımdır. Boyu-buxunu var. Efirə yaraşır. Pərvin xanım fotomodel olsaydı, mən elə düşünürəm ki, bu onun üçün daha uğurlu olardı, nəinki aktrisa. Məsələn elə seriallar var ki, mən oturub baxıram görürəm ki, vəziyyətdən-vəziyyətə keçid var. Mən 4 il təhsil almışam. Öz təhsilimə uyğun fikirləşirəm ki, ola bilər o xanımda bəzi hadisələr bir xətt üzrə monoton cərəyan edir. Qatar necə relsdə gedir. Yəni o tərpənə bilmir. İndiki aktrisaların çoxusunun rejissor dostu, qonşusu, sevgilisi olduğu üçün çəkir onu qabağa".