İstehlak bazarında yerli kartof qəhətə çəkilib. Türkiyə, Rusiya, İran və Pakistandan gətirilən kartof məhsulu isə boldur. Mövcud vəziyyət öz növbəsində qiymətə təsirsiz ötüşmür.
Lunar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bazarda ən ucuzu Türkiyədən idxal edilmiş kartofdur. Alıcılara 90 qəpiyə təklif edilir.
Bazara çıxarılan yerli kartof əsasən Gədəbəy və Qusardan gətirilir.
Kartofdan fərqli olaraq yerli soğan daha ucuz - 90 qəpiyə, xaricdən idxal edilmiş isə 1 manat 10 qəpiyə satılır.
Satıcılar bir müddətdən sonra bazarlarda daha çox yerli tərəvəzlərin satışa çıxarılacağını bildirirlər.