Azərbaycanda 500 nəfər əlilliyi olan şəxsin aktivlərlə təmin edilməsi işləri həyata keçirilir. Xezerxeber.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulması işləri davam edir. Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, pilot layihəyə respublikanın 12 şəhər və rayonunda start verilib. Seçilən əlilliyi olan şəxslər təlimin sonunda kiçik bir qiymətləndirmədən keçiblər. Hazırda layihənin son mərhələsi icra olunur. Qeyd edək ki, layihə həssas qruplardan olan işsiz şəxslərin potensialını artırmaq və onların formal əmək bazarında səmərəli məşğulluğunu təmin etmək məqsədi daşıyır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: