AZ
Video yüklə

250 manatlıq ödəmələr yekunlaşdı

395 baxış Sosial xəbərlər
49,3 min fərdi və mikrosahibkara 12,3 mln. manat ödənilib Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı ikinci mərhələ çərçivəsində fərdi və mikrosahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi başa çatıb. Bu çərçivədə 49,3 min fərdi və mikrosahibkara 12,3 milyon manat vəsait ödənilib. Muzdlu işçilərə maliyyə yardımının edilməsi ilə bağlı da təhlillər aparılıb və artıq siyahılar hazırlanaarq Maliyyə Nazirliyinə təqdim olunub. REAL xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifində məlumat verib. Xidmət rəsmisi vergi dərəcələri ilə bağlı məsələyə də toxunub. Bildirib ki, bəzi vergi dərəcələrinin artırılması müzakirə oluna bilən məsələlərdəndir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.