AZ
Video yüklə

Zoopark 4.25 hektar olacaq

15 baxış Son xəbərlər
Ötən ilin 1 fevral tarixindən Bakı Zooparkı təmirə bağlanıb.



Bakı Zooloji parkının direktoru Azər Hüseynovun sözlərinə görə Zooparkın ərazisi genişləndirilərək yeni formada sakinlərin istifadəsinə veriləcək. Azər Hüseynovun bildirir ki, işlərinin çox olmasına baxmayaraq mütəmadi olaraq Zooparka baş çəkir və təmir işləri ilə tanış olur. Hal hazırda isə O, heyvanların saxladıldığı sığınacaqdadır.



Qeyd edək ki, təmir bərpa işləri yekunlaşana qədər Zooparkda məskunlaşan heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu ərazisində yerləşən sığınacaqda saxlanılır.



İş icraçılarının bildirdiyinə görə Zoopark bərpadan sonra yeni, daha geniş daha maraqlı formada insanlara təqdim olunacaq.



Hazırda Zooparkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra daha da genişləndirilərək 4.25 hektar olacaq. Yenilənən Zoopark Dünya Akvariumlar və Zooparklar Assosiasiyasının tələblərinə tam uyğun olacaq. Heyvanların saxlanma yerləri onların təbiətdə yaşadıqları areallara uyğun təşkil olunacaq. Bundan başqa Zooparkda bələdçilər olacaq ki, insanlara heyvanlar haqqında məlumatlar verəcəklər.



Xatırladaq ki, Zooparkın yenidən bərpası İDEA ictimai birliyinin təsisçiliyi və təşəbbüsü ilə həyata keçirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.