AZ
Video yüklə

Yeni Bəhramtəpə-Biləsuvar yolu

22 baxış Son xəbərlər
Yolun rahatlığı hər bir insanın həyatına təsir edir. Bu baxımdan Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə 30 mindən çox əhalinin gediş-gəlişi, eyni zamanda həyat şəraiti yaxşılaşacaq.



Belə ki, Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu yolun bərpası layihəsinə başlanılıb. Layihə çərçivəsində hazırda köhnə asfalt-beton örtüyü təmizlənir, kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur.



Torpaq işlərinin ardınca isə yola 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.



Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu boyunca 29 və 37 metr uzunluqlarında 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Yol üzərində yerləşən 1 avtomobil körpüsü isə təmir olunacaq.



AAYDA-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Cənub bölgəsinin hərtərəfli inkişafı baxımından bu yolun bərpasının olduqca vacibliyini deyir:



“Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu ölkənin Cənub bölgəsini Mərkəzi Aran rayonları, Gəncə, Bakı, Mingəçevir və digər iri şəhərlərlə birləşdirən, Azərbaycanın İranla sərhəd-keçid məntəqələrindən birinə çıxışı təmin edən əsas avtomobil yollarındandır. Yolun üzərində 30 mindən çox əhali yaşadığı İmişli və Biləsuvar rayonlarının 12 kənd, həmçinin Cəbrayıl rayonundan olan məcburi köçkünlərin yaşadığı 11 qəsəbə yerləşir. Beləliklə bu yolun yenidən qurulması təkcə əlavə məsafə qət etmədən sadaladığım istiqamətlərdə gedən vətəndaşlarımızın rahatlığı üçün deyil, yol boyu yaşayan əhalinin rahat gediş-gəlişi, sosial həyat şəraitinin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir.”



Layihəyə uyğun olaraq həmçinin yol boyu köhnə suötürücü borular da yenilənir. müxtəlif diametrlərə malik 256 borunun inşası nəzərdə tutulub.



Eyni zamanda yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 28 avtobus dayanacağının quraşdırılması planlaşdırılıb.



Uzunluğu 60 km olan Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun eni 15 metr təşkil edəcək. yol respublikanın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında nəqliyyat xərclərinin azaldılması ilə yanaşı, iqtisadi əlaqələrin, kənd təsərrüfatının, turizmin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.