AZ
Video yüklə

Zakir Həsənov cəbhənin ön xəttində olub - ƏTRAFLI

6 baxış Son xəbərlər
Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənovvə nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olub.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib.
General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.