AZ
Video yüklə

Yas mərasimində faciə: Yaralananlar var

30 baxış Son xəbərlər
İsmayıllıda yas mərasimində ev uçub, 6 nəfər xəsarət alıb.



Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllı rayonunun Balik kəndində baş verib.





Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb.





Sara Babayevanın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib . Yas mərasiminə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən evin döşəməsi uçub.





Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar Balik kənd sakinləri Kamalova Müşkünaz , Mirzəməmmədova Sevda , Umudova Elnarə , Daşdəmirova Vüsalə , Mirzəyeva Cəmilə və Quliyeva Ofeliyadır.





Xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.