Vəkilliyə qəbul qaydalarının yüngülləşdirilməsinə ehtiyac var.
Xezerxeber.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov deyib. Onun sözlərinə görə, son il yarım ərzində vəkillərin sayı 800-dən 1500 nəfərə qədər artıb. Lakin bu da kifayət etmir. Elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir. Ona görə də vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bildirib ki, son 6 ayda vəkilliyə qəbulla bağlı iki dəfə imtahan keçirilib. İmtahanlar mütəmadi olaraq davam etidirilir və ilin sonuna kimi daha 2 imtahanın keçirilməsi nəzərdə tutulur.
Hazırda ölkədə 1513 nəfər vəkil var. 2020-ci ilədək isə vəkillərin sayının 2 minə çatacağı gözlənilir.