ÜST rəsmisi Azərbaycanda karantinin ləğvindən danışıb
33 baxış
Son xəbərlər
"Azərbaycanda karantin rejiminin vaxtında elan edilməsi yoluxma sayının azalmasına təsir göstərdi. Bunun nəticəsidir ki, virusun alovlanması demək olar ki baş vermədi". Bu, ümumdünya səhiyyə təşkilatının qənaətidir. Bununla belə təşkilat hesab edir ki, bu hələ virusun tam bitdiyi anlamına gəlmir. Təhlükə hələ də qalmaqdadır. Azərbaycanda koronavirusun müəyyən edilməsi üçün ekspress testlər tətbiq ediləcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin keçirdiyi onlayn brifinqdə nəlumay verilib. Bildirilib ki, Bu testlər vasitəsilə 45 dəqiqə ərzində müayinə aparmaq mümkün olacaq. Brifinqdə Azərbaycanın koronavirusla mübarizə çərçivəsində atdığı addımlardan da danışılıb. Nümayəndəliyin rəhbəri Hande Harmancı deyib ki, Azərbaycan koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması üçün bütün tədbirləri vaxtında gördü. Azərbaycan hökumətinin verdiyi ən vacib qərarlardan biri sərhədlərdən keçən hər bir şəxsin yoxlanması və karantinə alınması oldu. Daha sonra xəstəxanalarda pnevmoniya diaqnozu ilə yatanlar da yoxlandı. Lakin bütün preventiv tədbirlərə baxmayaraq, virus hələ də olduqca təhlükəlidir. Əgər karantin tamamilə aradan qaldırılsa, xəstəlik yenidən alovlana bilər. Hande Harmancının sözlərinə görə, yayın gəlməsi ilə virusun yox olacağını düşünmək düzgün deyil. Ona görə də mövsümdən asılı olmayaraq, koronavirus riskinə qarşı hər zaman ayıq olmaq lazımdır. Ümumiyyətlə bu il ərzində COVİD-19 xəstəliyinin bitməyəcəyini deyən Hande Harmancı Ümumdünya Səhiyyə Təşkilatının bu barədə 6 tövsiyəsinin olduğunu bildirib. Hande Harmancı deyib ki, bu tövsiyələrə əməl etməklə yoluxma riskini xeyli azaltmaq mümkündür..
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.