AZ
Video yüklə

"Super" benzin satışa çıxarıldı

60 baxış Son xəbərlər
SOCAR 7 yanacaqdoldurma məntəqəsində “Super” markalı benzinin satışına başlayıb. “SOCAR Petroleum”dan verilən xəbərə görə, şirkət böyük müştəri kütləsinin “Super” markalı Ai-98 yanacağına olan tələbatını nəzərə alaraq bu qərarı qəbul edib. Azərbaycanda “Super” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və "Euro-5" ekoloji standartının tələblərinə cavab verir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.