Ermənistanın daha bir təxribatı: Mülki əhali həlak olur!

  • 25.02.2021
  • 0

Xəbərləri ilk oxumaq üçün Abunə Ol ►►► Xəbərləri ilk oxumaq istəyirsən? ►►► Kanalımıza ABUNƏ olun ►►► Bildiriş olaraq gəlməsi üçün "zınqırov" işarəsinə vurun! ►►► Kanalımıza Youtube üzərindən abunə olmaq üçün linkə daxil olun ⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵⤵ ► https://goo.gl/xjWq9v Xəbərin mətni ⤵⤵⤵ ► Ermənistanın daha bir təxribatı: Mülki əhali həlak olur! ◄ ► Ermənilərin millətimizə və dövlətimizə qarşı çirkin oyunlarının, soyqırım və qırğınlarının çox şahidi olmuşuq. Lakin hazırda Azərbaycan dövlətinin güclü ordusu, qəhrəman oğulları onların bütün oyunlarının qarşısını alıb. Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə 44 günlük Vətən müharibəsi nəticəsində ağır məğlubiyyətə uğrayan ermənilər bunun qisasını almaq üçün hər cür alçaq əməllərə əl atırlar. Mübariz Göyüşlü bütün bu addımların da hərbiçilərimiz tərəfindən dəf edildiyini qeyd edib. Sitat: “Lakin hazırda daha bir ciddi problemlə üz-üzəyik. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalama siyasətini həyata keçirib. Bu isə yolverilməzdir və beynəlxalq qanunlara ziddir. Onların hətta hərbi təyinatı olmayan əraziləri də minalaması bu millətin alçaq və namərd xislətini bir daha göstərir. İşğaldan azad olunmuş ərazilərə gedən mülki azərbaycanlıların məhz həmin minalara düşərək həlak olması dəhşətlidir. Müharibənin başa çatdığı, mülki şəxslərin hərbi əməliyyatlarda iştirak etmədiyi halda minaya düşüb həlak olması yolverilməzdir. Ermənistan xain siyasətini davam etdirərək minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir. Bununla da mümkün qədər çox sayda insanın həlak olmasına, işğaldan azad edilmiş ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmağa çalışır. Bu isə cinayət əməlidir. Onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladacağı yeni infrastruktur layihələrini də gecikdirirlər” - sitatın sonu. Mübariz Göyüşlü hesab edir ki, bütün bunlara baxmayaraq ərazilər minalardan təmizlənəcək və o torpaqlarda yenidən azərbaycanlılar məskunlaşıb rahat, firavan şəkildə yaşayacaqlar. Röya İsrafil Yeni Media

Nə düşünürsən?