Bakıya qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

  • 16.02.2021
  • 0

Azərbaycanda fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir.
 
 
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 17-18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 
Gülnar Ələmdarqızı Yeni Kanal

Nə düşünürsən?