Şəkidə jurnalist adı ilə dələduzluq edən şəxs tutulub

  • 18.08.2021
  • 0

Şəkidə jurnalist adı ilə vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

APA TV- nin yerli bürosunun məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov yaxalanıb.

Araşdırma zamanı məlum olub ki, özünü bloger, jurnalist kimi təqdim edən İqbal Muğumov Ramiz Əmirov adlı şəxsi, problemini həll edəcəyi vədi ilə aldadıb və 600 manat pulunu alıb.

Saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.