Bir neçə gün öncə Sabirabad rayonu Yolçubəyli kəndində bir ailənin ağır durumda vəziyyətindən videopreportaj hazırlamışdıq.Sabirabad rayonu icra hakimiyyəti tərəfindən illərdir qəbul olunmayan bu biçarə ailə bizdən kömək istədi.Ailə başçısı Əhməd 3 ildir həm iflic həmdə ruhi əsəb xəstəsidir.2 körpə uşaqları olan bu ailə demək olarki, aclıqdan əziyyət çəkirdi.Bizim videoreportajdan sonra Əhmədgilin ailəsinə xeyli yardım olunub. Belə ki, xeyirsevər insanların dəstəyi və yardımı sayəsində bu ailənin ocağı isinməyə başlayıb. Rusiyyada,Ukranyada yaşayan Azərbaycan ogulları,Sabirabad və Saatlının xeyirxah insanları xeyli yardım ediblər.Əmək və Əhalinin Sosial müdafiə nazirliyinin əməkdaşları Bakıdan gəlib bu ailənin durumunu ,xəstənin vəziyyəti ilə maraqlanıb 2 gün ərzində Əhmədin əlilik təqaüdü və yoldaşı Leylaya sosial müavinat ayrılıb.Saatlı rayonu icra hakimiyyəti və Saatlı rayon DSMFS-i ailəyə xeyli pul və ərzaq yardım ediblər.Yolçubəyli kənd bələdiyyə sədri Xəzər müəllim evin uçulmuş pilləkənlərini tikdirməyi üzərinə götürüb.Bakıdan doktor Lalə xanım və ailəsi Əhmədgilə həm pul həm ərzaq köməkliyi göstərib.Əhmədi Bakıya gətirib həkim müayinəsinidən keçirib,müalicəsinə başlayıblar.Əhmədin ciddi müalicəyə ehtiyacı var dərmanları daimi qəbul etməlidir.Amma nədənsə Sabirabad rayonu icra hakimiyyəti Sabirabad rayonu DSMfS-i nə bu ailə ilə bu günə kimi maraqlanır nədə qəbul edir.Biz Sabirabad rayonu icra hakimiyyəti ilə nə əlaqə saxlaya bildik nədə görüşə bildik.Həmişəki kimi icra hakimiyyətində növbətçidən başqa kimsəni tapa bilmədik.Maraqlıdır görəsən icra başçısı Nazim İsmayılov və onun komandası nə işlə məşğuldurlar?Amma onların nə işlə məşğul olduqlarınıda araşdırdıq sonda qeyd edəcik. Bu günə kimi Əhmədin ailəsinə və övladlarına yardım edən hər bir kəsə BakuPress Milli İnformasiya Agentliyi adından dərin minnətdarlığımızı bildiririk.BakuPress kollektivi Əhmədgilin ailəsini yenidən ziyarət etdi öz sovqat payları ilə körpələri sevindirdi.Növbəti videoreportajımızı təqdim edirik